Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"Xocalının səsi" qəzeti və Xocalı rayon Yaloba kənd tarix-Diyarşünaslıq muzeyi birgə Xocalı haqqında film nümayiş etdirdilər

0


  •         Fevralın 26-da "Xocalının səsi" qəzetinin və Xocalı rayon Yaloba kənd tarix-Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə Xocalı soyqırımı haqqında film nümayiş etdirildi. 

            Əvvəlcə şagirdlərin Xocalı rayon Yaloba kənd tarix-Diyarşünaslıq muzeyində Xocalı mədəniyyətinə aid eksponatlara, Milli Qəhrəmanlarımız və şəhidlərimiz haqqında stendlərə baxışı oldu. 

            Sonra Xocalı rayon Yaloba kənd tarix-Diyarşünaslıq muzeyinin direktoru Tofiq Məmmədov və "Xocalının səsi" qəzetinin redaktoru, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Qalib Quliyev çıxış edərək Xocalı soyqırımı həqiqətlərindən, soyqırımın səbəbləri və nəticələrindən məlumat verdilər. Xocalı soyqırımının tanıdılması istiqamətində görülən işləri diqqətə çatdırdılar. Gənc nəslin yaddaşında Xocalı soyqırımının unudulmaması üçün şagirdlərin vətənpərvər ruhda tərbiyə olunmasının əhəmiyyətindən danışdılar.  

            Sonda "Xocalı qətliamı" adlı sənədli filmin və "Xoca" filminin nümayişi oldu. 

            






















    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib19 dəfə
    "Xocalının səsi" qəzeti Xocalı rayon Yaloba kənd tarix Diyarşünaslıq muzeyi birgə Xocalı haqqında film nümayiş etdirdilər

    Maraqlı gələ bilər
    45
    33
    12
    34